Novo Nordisk şirkətinə Özbəkistan, Azərbaycan və Qazaxıstanda saxtalaşdırılmış və Novo Nordisk şirkətinin qanuni məhsulu olmayan Ozempik® və Saksenda® preparatlarının satışa çıxarıldığı məlum olub. Saxtalaşdırılmış preparatlar həmqanuni, həm də qeyri-qanuni tədarük zənciri çərçivəsində satılır. Saxtalaşdırılmış dərman vasitələrinintərkibi orijinal preparatlardan tam fərqlənir, istifadəsi qadağandır, çünki saxtalaşdırılmış preparatlar pasiyentlərin təhlükəsizliyi üçün risk yaradır.
Saxtalaşdırılmış preparatın əslindən əsas fərqi ondadır ki, orijinal Novo Nordisk Ozempik® və Saksenda® qələmləri irəli çəkilmir və dozanı seçərkən uzununa böyümür. Şkalada artım addımının rəqəmləri, istifadə qaydalarına əsasən, Ozempik® üçün 0.25 mq, 0.5 mq və 1.0 mq və Saksenda® üçün 0.6 mq, 1.2 mq, 1.8 mq, 2.4 mq və 3.0 mq kimi sabitləşdirilmiş dozalardır.
Qələmin saxta olması doza sayğacındakı şkala ilə müəyyən etmək mümkündür, hansı ki, 0-80 vahidədək dəyişir, doza selektoru isə doza seçilərkən qələmin hüdudlarından kənara çıxır.
Pasiyentlərin təhlükəsizliyi Novo Nordisk şirkəti üçün əsas prioritetdir və biz bütün maraqlı tərəflər ilə sıx dialoq qururuq ki, pasiyentlərə saxtalaşdırılmış məhsul ilə mübarizədə ən yaxşı şəkildə dəstək verək.
Suallarınız yarandığı halda, xahiş edirik, elektron poçt: io-rom-safety@novonordisk.com, və ya +994124047696 telefon nömrəsi vasitəsilə əlaqə saxlayın.
Burada cari vakansiyalarımız göstərilib. Əgər burada axtardığınız iş yoxdursa siz iş agenti və ya namizəd profilini yarada bilərsiniz.