Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətt Novo Nordisk şirkətinin İdarə Heyətinin bir hissəsi olan Audit Komitəsinə məxsusdur və onun tərəfindən nəzarət olunur .
Əgər siz Novo Nordisk şirkətinin əməkdaşınızsa yerli rəhbərlik, yerli hüquqi və kadrlar şöbəsinin vasitəsilə problemlər barədə məlumat vermək tövsiyyə olunur. Əgər bu sizin üçün bir seçim deyilsə siz aşağıdakı seçimlərdən istifadə edə bilərsiniz.
Biznes əxlaqı, Mühasibatlıq və Fırıldaqçılıqla bağlı məsələlər, Novo Nordisk yolu, Şəxsi Məlumatların Mühafizə tələblərinin potensial pozulması, keyfiyyət məsələləri və ya Novo Nordisk şirkəti üçün hüquqi riskləri və/və ya digər ciddi riskləri nəzərdə tutan digər məsələlər barədə məlumat qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətt vasitəsilə bildirilməlidir. Siz hansı problemlər barədə məlumatın verilməsi zəruri olan misalları aşağıda tapa bilərsiniz.
Xahiş olunur nəzərə alasınız ki, qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətti vasitəsilə müştərişikayətləri, əlavə təsirlər və ya saxtalaşdırılmış məhsullar haqqında məlumat vermək üçün istifadə olunmamalıdır. Belə problemlər barədə məlumat vermək üçün xahiş olunur sol menyudakı linklərdən istifadə edin.
Misallara qeyri-müvafiq satış və marketinq fəaliyyətləri, qeyri-müvafiq imtiyazların verilməsi və ya əldə edilməsi, məhsullardan qeyri-uyğun şəkildə seçmə nümunələrin götürülməsi, müştərilər və ya üçüncü tərəflərlə qeyri-uyğun münasibətlər və xəstələrlə qeyri-müvafiq qarşılıqlı əlaqələr daxildir.
Misallara əməkdaşlar və geniş mənada rəhbər heyətlə ciddi ədalətsiz rəftar, pis davranış və ya cavab tədbirlərinin görülməsi ilə bağlı problemlər daxildir.
Misallara saxta maliyyə hesabatları, nöqsanlı daxili nəzarət vasitələri, sənədlərin saxtalaşdırılması və NN aktivlərindən sui-istifadə və ya onların oğurlanması daxildir.
Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xəttə sizi narahat edən problem haqqında telefon vasitəsilə və ya onlayn şəkildə məlumat vermək mümkündür.
Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətt üçüncü tərəf vasitəsi ilə idarə olunur və məlumatı verən tərəf anonimliyinin saxlanılması seçimini edə bilər. Bununla belə biz bütün məlumatverənləri kimliyini açıqlamağa çağırırıq ki, məlumatın tərəfimizdən daha yaxşı araşdırılması və araşdırma zamanı məlumatverənlə əlaqə saxlanılması mümkün olsun.
Əlavə məlumat və müvafiq telefon nömrələri üçün xahiş olunur Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətt məlumatvermə portalına keçid edin.
Linki açan zaman yuxarı sağ küncdə bir neçə dili seçmək imkanı verilir. Hadisə barədə telefon vasitəsilə məlumat verərkən, xahiş olunur təmsilçimiz sizin zənginizi cavablandırmamışdan öncə bir müddət gözləyəcəyinizi nəzərə alın.
Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətt məlumatvermə portalı
Hadisə barədə telefon vasitəsilə və ya onlayn şəkildə məlumat verdiyiniz zaman sizə unikal iş nömrəsi veriləcək və aidiyati şifrənin yaradılması sizdən tələb olunacaqdır.
Bu informasiya ilə siz işinizin statusunu yoxlaya bilər, verdiyiniz məlumatla bağlı hər hansı bir sualların olub olmamasını görə və əlavə informasiya verə bilərsiniz.
Biz dürüst şəkildə məlumat vermiş və ya araşdırmada iştirak etmiş şəxslərə qarşı ayrıseçkilik və ya cavab tədbirlərinə göz yummuruq. Əgər məlumat verdiyinizə və ya araşdırmada iştirak etdiyinizə görə sizə qarşı cavab tədbirlərinin görüldüyünü düşünürsüzsə siz dərhal Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xəttlə əlaqə saxlamalısınız. Bütün belə məlumatlar məxfi şəkildə araşdırılacaqdır.
Qanunvericilik tələblərinə və şirkət qaydalarına riayət üzrə qaynar xətt Kopenhagen şəhəri Danimarkada yerləşir. Məhz buna görə o belə bir məlumatların verilməsinə aid Danimarka və Avropa İttifaqının məhdudiyyətlərinə tabedir.