Tip 2 diabet və piylənmə kimi xroniki halların on illiklər ərzində artmaqda olmasının bir çox səbəbləri var. Bunlardan bəziləri genetik faktorlardan qaynaqlanır, digərləri qaçınılmaz risk faktorlarına əsaslanır.
Bu artımın qarşısını almaq addımlar atılmasa, daha çox insanda diabet və piylənmə yaranacaq və səhiyyə xərcləri artacaq. Bizim kontaklarımız səhiyyə sistemləri və müalicələrimizdən istifadə edən insanlardır. Xroniki xəstəliklərin qarşısını almaq üçün əlimizdən gələni etməklə bir şirkət olaraq dəyərlərimizə uyğun davranırıq və biznesimizin davamlılığını təmin edirik.
Profilaktik tədbirlərin müsbət təsiri olan sahələr mövcuddur. Digər tərəfdən, artmaqda olan urbanizasiya, sosial-iqtisadi bərabərsizliklər, passiv həyat tərzi və sağlam qidalanmama daha çox insana tip 2 diabet və piylənmə diaqnozunun qoyulmasının əsas səbəbləridir.
Biz 2-ci tip diabeti və piylənmənin yüksəlməkdə olan əyrisini dəyişdirməyi hədəfləyirik. Şübhəsiz profilaktika burda əsas rol oynayır.
Oxumağa davam edin və bizim xroniki xəstəliklərin qarşısının alınması üçün profilaktik tədbirlərinimiz barədə məlumat alın.
Tip 2 diabetlə yaşayan üç adamdan ikisi şəhərdə yaşayır. Şəhər ərazilərinin layihələndirilməsi, tikintisi və idarə olunması üsulu bizim yaşadığımız həyat tərzini dəyişir və bəzi hallarda bizim tip 2 diabet olma ehtimalımızı artırır.
Biz Londonun Universitet Kolleci və Kopenhagendəki Steno Diabet
Mərkəzi ilə birlikdə şəhərlərə xas olan risk amillərinə diqqət
yetirmək üçün ‘şəhər mühitində diabet’ terminini yaratdıq. Birlikdə
biz Diabeti Dəyişən Şəhərlər adlı qlobal tərəfdaşlığa start
vermişik.
Dünya miqyasında 40-dən çox şəhərdə biz şəhərlərdə mühüm sağlamlıq
problemi kimi tip 2 diabetə diqqəti cəlb edirik. Biz aparılan
tədqiqatı təkmilləşdirmək və xəstəliklərə qarşı mübarizənin ön
xəttində əhəmiyyətli dərəcədə təsir edəcək təşəbbüsləri yaratmaq
məqsədilə qanunverici orqanlara məlumatlandırmaq üçün 150-dən çox
tərəfdaşla işləyirik.
Bizim şəhər mühitində diabetlə mübarizəmiz haqqında daha ətraflı
məlumatı əldə etmək üçünDiabeti Dəyişən
Şəhərlər bölümünə keçid edin.
Dünya miqyasında yaşı beşdən çox olmayan 40 milyon çəkilidir. Bu onlarda tip 2 diabetin erkən başlanılması riskini yaradır və yetkin yaşlarda piylənmə barədə qabaqcadan xəbər verir.
Bu uşaqlar həmçinin, inkişaf etməkdə və öz tam potensialına çatmaqda
çətinliklərlə üzləşə bilərlər. Artıq çəkili tənqidə məruz qalma, zəif
ünsiyyət və emosional gərginliklərə gətirib çıxara bilər, bəzi
hallarda isə təhsil nailiyyətlərinin azalması ilə müşahidə oluna
bilər.
UNICEF ilə birlikdə biz uşaqlıqda artıq çəki və
piylənmənin qarşısının alınması üzərində işləyirik. Meksika və
Kolumbiyada başlayan, lakin daha geniş regional qlobal əhatə dairəsinə
və təsir gücünə malik olan hərəkat artıq çəki və piylənmənin
qarşısının alınması ilə bağlı məsuliyyəti fərdi səylərdən
kənarlaşdıraraq piylənməni dəstəkləyən ətraf mühitlə bağlı
problemlərin həllinə yönəldir.
İnanırıq ki, hər uşağın dəyişən dünyada yaxşı həyat keyfiyyəti və potensialını reallaşdırma imkanı olmalıdır.
Dünyada uşaqların vəziyyətini yaxşılaşdırmaq üçün hansı işlərin görülməsi ilə tanış olmaq üçün UNİCEF-in veb-saytını ziyarət edin.