Nəyə görə bu qədər çox insan üçün səhiyyə xidmətləri əlçatan deyil?
Diabet və nadir qan xəstəlikləri ilə yaşayan milyonlarla insan onlara lazım olan həyat əhəmiyyətli dərman preparatlarını əldə edə bilmir. Bəzi nümunələr göstərir ki, dərman və həkim müayinəsinin yüksək xərcləri və ya reseptlə satılan dərmanların alınmasında uzun çəkən proseslər bunu çətinləşdirir.
İstisna olaraq olsa da, klinikalarda və ya apteklərdə dərmanın olmaması kimi hallar da müşahidə edilə bilər.
Bu gün pasiyentlərin yalnız müəyyən bir hissəsinin müalicə ala bilməyi kədərli bir həqiqətdir. İnsanların istehsal etdiyimiz dərmanlara və ehtiyac duyduğu müalicəyə əlçatanlığının təmin edilməsi üçün bu boşluğu aradan qaldırmalıyıq.
Maneələr mürəkkəbdir və ölkədən ölkəyə fərqlənir, lakin biz təcrübəmizə əsaslanaraq dəyişikliyin mümkün olduğunu bilirik.
Hədəfimiz şəkərli diabet, nadir qan və endokrin xəstəlikləri olan insanlar üçün əlçatanlıqla bağlı fərqli ehtiyacları ünvanlayaraq təklif etdiyimiz dərmanlardan rahat istifadə imkanı təmin etməkdir.
Tip 1 diabet ilə yaşayan uşaqlar barədə məhdud ictimai səhiyyə məlumatının mövcud olmasına baxmayaraq dözülməz həqiqət ondan ibarətdir ki, dünyanın bir çox kasıb ölkələrində qeydiyyata düşmək üçün kifayət qədər yaşayan çox az sayda insan olur.
14 aztəminatlı və ortatəminatlı ölkələrdəki 208 klinikanı Uşaqlarda "Diabetə qalib gələrək yaşamaq" Proqramımız tip 1 diabetlə yaşayan uşaqlar üçün müalicə və həyat əhəmiyyətli insulinlə təmin edir. Bu gün proqram 26000-dən çox uşağa tibbi müalicəni, insulini və ləvazimatları təmin edir. Bizim növbəti hədəfimiz 2030-cu ilə qədər proqramı 100000 adamı əhatə etməsi üçün genişləndirməkdir.
Yuxarıdakı videoda Qvineyadan olan tip 1 diabetlə yaşayan super ulduz Bilguissa ilə tanış olun. Bilguissa Qvineyada Tip 1 diabetlə yaşayan uşaq və gənclərin yeni nəslinin nümayəndəsidir. Uşaqlarda "Diabetə qalib gələrək yaşamaq" klinikasında həkim və tibb bacılarının dəstəyi ilə bu gün o ümidlərlə yaşayan, öz diabetini nəzarət altında saxlayan və gənc həmyaşıdlarına ilham verən icma rəhbəri olmuşdur.
Biz aztəminatlı və ortatəminatlı ölkələrdə diabetlə yaşayan ən zəif təbəqələrdən olan insanlara əlavə diqqət göstəririk. Fəaliyyət göstərdiyimiz ölkələrin üçdə ikisindən çoxunda biz ehtiyacı olan pasiyentlər üçün diabetin müalicəsinə əlçatanlıq üzrə proqram hazırlamışıq.
Bu proqramlar aşağıdakı kimi sualları cavablandırmaq üçün fəaliyyət göstərir:
Daha çox pasiyenti əlçatanlıq proqramlara yazılmağa necə təşviq edə bilərik?
Soyutma tələb etməyən və buna görə də daha uzaq məsəfələrə aparıla bilən insulinləri necə hazırlaya bilərik?
Qiyməti aşağı salmaq üçün dərmanların təchizat zəncirini necə sadələşdirə bilərik?
Biz insulini hamı üçün əlçatan etmək kimi üzərimizə güclü öhdəlik götürürək bu suallar üzərində işləyirik. Əlçatımlı müalicə və diabetin müalicəsinə çıxış imkanlarının təmin olunması ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklə əlaqədar olan əlavə məlumatlarla tanış olun.
Biz məhsul portfelimizdə aşağı qiymətli insulinin daxil edilməsi davam etdirmək və gələcək illərdə insan insulinin hazırlanmasını davam etdirmək üzrə üzərimizə öhdəlik götürmüşük. Bu bizim İnsulinə əlçatanlığın təmin olunması ilə bağlı öhdəliyimizdir.
Diabeti məğlub edək strategiyamızla, biz aztəminatlı və ortatəmiantlı ölkələr üçün maksimal dərəcədə qiyməti aşağı salaraq eyni zamanda ABŞ və dünyanın başqa yerlərində dərman preparatlarına əlçatanlıq proqramlarının genişləndirilməsi üzərində çalışırıq.
Aztəminatlı və ortatəminatlı ölkələrdə əlçatan insulin
2001-ci ildə biz resursları məhdud olan əksər ölkələrdə insan insulinin qiymətini aşağı salmaq üçün inqilabi bir siyasəti tətbiq etdik. Bu gün siyasətimiz ümumilikdə dünyada diabetlə yaşayan əhalinin üçdə birinin yerləşdiyi 76 ölkəni, habelə seçmə humanitar təşkilatları əhatə edir.
Bizim öhdəliyimiz aşağıdakı prinsiplərin üzərində qurulur:
Novo Nordisk şirkəti tərəfindən müalicənin əlçatan olmasına verilmiş töhfənin bir hissəsi bizim Dünya Diabet Fondu qarşısında üzərimizə götürdümüyüz davamlı uzunmüddətli maliyyə öhdəliyidir.
Dünya Diabet fondu Novo Nordisk şirkəti tərəfindən 2002-ci ildə yaradılaraq inkişaf etməkdə olan ölkələrdə diabetin qarşısının alınması və müalicəsinə yönəlmiş müstəqil fonddur. Fond davamlı tərəfdaşlıqları dəstəkləyir və digər qurumların / şəxslərin daha çox töhfə vermələri üçün dəyişiklik agenti kimi çıxış edir.
Bizim Fond qarşısında üzərimizə götürdüyümüz cari öhdəlik 2024-cü ilə qədər müddəti əhatə edərək 1.69 milyard danimarka kronu (277 milyon ABŞ dolları) təşkil edir.
Bəzi ölkələrdə hemofiliya ilə yaşayan insanlar elə bir vəziyyətdə ola bilərlər ki, onların öz hemofiliya dərmanlarını evdə saxlamaq üçün imkanları olmaya bilər. Məsələn COVID-19 böhranı zamanı bir çox pasiyentlər müalicə almaq üçün xəstəxanalara gedə bilməyiblər.
Nadir qan xəstəliyindən əziyyət çəkən insanlar belə vəziyyətlərlə üzləşəndə biz dərman preparatları və müalicənin evə çatdırılmasını təmin etmək üçün yerli səhiyyə orqanları və tərəfdaş təşkilatlarla çalışırıq.
Aydın və şəffaf münasibətlərin olmasını təmin etmək üçün, təşəbbüslərimiz pasiyentlərin təlimləndirilməsi, dərman preparatlarınn çatdırılması və saxlanılması dəstək xidmətləri üzrə qanunverici orqanlarla dialoq şəklində tərtib olunur.
Novo Nordisk Hemofiliya Fondu inkişaf etməkdə və keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələrdə hemofiliya və nadir qan xəstəlikləri olan insanlar üçün müalicəyə əlçatanlıq imkanlarının artırılması üçün səy göstərən qrant ayıran qeyri-kommersiya təşkilatıdır.
Hemofiliya 10000 insandan birində rast gəlinən irsi yolla keçən qanaxma xəstəliyidir. Hemofiliyası olan dörd insandan üçünün inkişaf etməkdə olan ölkələrdə yaşadığını nəzərə alaraq, onların diaqnostika və adekvat müalicəyə çıxışının təmin olunmasına ciddi ehtiyacı var.
Novo Nordisk Hemofiliya Fondu haqqında daha ətraflı öyrənin