Ekoloji çağırışlar bu gün olduğu kimi heç vaxt mühüm və ya daha
təxirəsalınmaz olmamışdır.
Artmaqda olan istehlak, sənayeləşdirmə və urbanizasiya təkcə yaşadığımız mühitin dayanaqlığını yox, eyni zamanda dünya miqyasındakı insanların sağlamlığını təhlükə altına atır.
Hər il biz dərman preparatlarını istehsal etmək üçün böyük həcmdə su və böyük miqdarda enerji və resurslardan istifadə edirik. Bizim atomosferə CO2 tullantılarımız, xüsusilə nəqliyyat sektorunda artmağa davam edir.
Biz ehtiyacı olan insanlara yüz milyonlarla ampula və insulin vurmaq üçün inyeksiya qələmlərini paylayırıq– bizim həyati əhəmiyyətli olan müalicələrimizə tələbat artır. Məhsullarımız yüksək keyfiyyətli materiallardan hazırlanır, lakin istifadədən sonra onların əksəriyyəti zibilxanalara tullanır.
Bu bizi bəzi böyük ekoloji problemlərdən birinin mərkəzinə gətirir: iqlim dəyişikliyi, su və resursların çatışmazlığı, çirklənmə və plastik tullantılar.
İrəlidə gedərək yol göstərmək və dəyişikliyin ön xəttində olmaq üçün biz ekoloji problemlərin həll edilməsi üçün şirkət səviyyəsində çox cəsur və geniş bir yanaşmanı qəbul etmişik.
Biz sıfır ekoloji təsir hədəfi ilə yeni ekoloji strategiyanı qəbul etmişik.
Bizim strategiyamız təkrar emal və ya təkrar istifadə oluna bilən məhsulları yaratmaq, istehlakı və tullantıları azaltmaq üçün biznesimizin formasını dəyişmək və məqsədimizi bizimlə paylaşan təchizatçılarla işləmək üçün yeni yolları tapmaq üçün qarşımıza çağırış qoyur.
Biz artıq sıfır ekoloji təsir istiqamətində ilk addımlarımızı atırıq. Lakin daha da çoxunu etmək üçün həmişə yeni yolların axtarışındayıq. Biz fəaliyyətimizdə məhsul və materiallarımızı istifadədə saxlayan məhsulların təkrar istifadəsi üzrə düşüncə tərzini qəbul etdiyimiz müddətdə cavabların gələcəyinə inanırıq.
Şəhərlər həm iqlim dəyişikliyi , həm də tip 2 diabetlə mübarizədə qalib gəlmək üçün bir fürsətdir. Hər ikisi qlobal istiləşməni və xəstəliklərin yüksəlməkdə olan sürətini daha da pisləşdirən insan davranışlarının nümunəsidir.
Bu gün dünyanın 25 böyük şəhərindəki tərəfdaşlarla təhsil və yerində müdaxilələr yolu ilə xəstəliklərin profilaktikasını irəli aparmaq üçün bir yerdə çalışırıq.
Bu tərəfdaşlıqlar bizim Diabeti Dəyişən Şəhərlər proqramımızın bir hissəsidir. 2015-ci ildən bəri Diabeti Dəyişən Şəhərlər proqramı artmaqda olan tip 2 diabet və daha sağlam mühitlərin yaradılması problemlərini həll etmək üçün çoxsaylı maraqlı tərəfləri səfərbər edən özü özlüyündə bir sosial hərəkata çevrilmişdir.
Şəhər mühitində insanların sağlamlığını və rifahını necə yaxşılaşdırdığımız haqqında ətraflı öyrənin .