Həyatı dəyişən karyeralar
Novo Nordsik şirkətində karyeraya başlamaq iş tapmaqdan daha böyük bir mənanı daşıyır. Bu ciddi xroniki xəstəlikdən əziyyət çəkən milyonlarla insanların həyatlarını yaxşılaşdırmaq fürsətidir.
Dünya miqyasındakı xəstələrə insulinin təchizatı
prosesində, ən müasir tədqiqat mərkəzlərimizdən birində növbəti
inqilabi ixtiranın kəşf edilməsində iştirak edib etmədiyinizdən asılı
olmayaraq bizimlə işləmək həqiqətən də həyatları dəyişir.
Biz xroniki xəstəliklə yaşayan insanların yüksək keyfiyyətli həyat yaşaya bilməsini təmin etmək missiyasını üzərinə götürmüş öz fəaliyyətindən qürur duyan elmi əsaslı əczaçılıq şirkətiyik. Milyonlarla insan bizə güvənir.
Həyatın hər bir aspektindən- enişlərindən, fürsətlərindən və çətinliklərindən ilham alırıq. İxtira xarakterli inqilabi müalicələrlə həyatları dəyişmək üçün işləyən laboratoriya həmkarlarımızdan başlayaraq dayanıqlığı proseslərimizin mərkəzinə qoyan və planetimizin ömrünü uzatmaq üçün çalışan həmkərlarımıza qədər həyatları yaxşılaşdırmaq missiyası hər bir fəaliyyətimizin mərkəzindədir.
Dəyişiklik daimidir — həyat tərzində dəyişiklik, texnologiyada dəyişiklik, hər şeydə dəyişiklik. Novo Nordisk şirkətində biz dəyişikliyi gözləmirik. Biz onu irəli aparırıq.
Hər gün daha dinamikləşən bir sektorda fəaliyyət göstərən dinamik bir şirkətik və bilirik ki, gələcəkdə müvəffəq olmağımızı təmin edəcək amillər bizi bugünkü müvəffəqiyyətimizə gətirən amillərdən fərqli ola bilər.
Məhz buna görə biz insanların yaşamaq istədiyi həyat tərzinə uyğun olan innovativ həlləri yaradaraq iş tərzimizi və xidmət etdiyimiz pasiyentlərin həyat keyfiyyətini təkmilləşdirməyə daimi səy göstəririk. Buna nail olmaq üçün mükəmməlliyə çatmaq arzusu ilə açıq fikirlilik və təcrübə yönümlü yanaşma ilə fəaliyyət göstəririk.
Biz işçilərimizi unikal bacarıqlarına, təcrübələrinə və perspektivlərinə görə qiymətləndiririk. Biz inkişaf üçün imkanlar təklif edərək və şirkət daxilində çeviklik mühitini yaratmaqla insanlarımızın ən yaxşı keyfiyyətlərini üzə çıxarmağa kömək etmək üçün fasiləsiz olaraq çalışırıq. Biz işçinin ayrılmaz bir hissəsi olmaq istədiyi iş yerini təklif etmək üçün səy göstəririk.
Bizimlə çalışan hər bir kəsin bir əməkdaş və insan olaraq özünün səlahiyyətləndirildiyini hiss etməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Biz hamımız çevik hərəkət etmək, qərarlar qəbul etmək və cəld tərpənmək imkanına malik olmalıyıq.
Siz şirkətimizdə karyeranızı qurarkən lap başlanğıcdan fərqi hiss edəcəksiniz. Bütün insanlar, ailələr və icmalar üçün birlikdə müsbət dəyişikliyi təmin etmək arzusu bizim kollektivimizi ilhamlandırır. Biz 64 000-dən çox işçimizin birgə potensialı və əməkdaşlığına güvənirik.
Yuxarıdakı videoda alimlərimizdən biri olan Mari Dartinqlə tanış olun və texnoloji proses üzrə alim kimi onun işi haqqında, inkişaf planları ilə bağlı baxışı və onun işinin xroniki xəstəliyi olan insanlar üzərində hansı təsirə malik olması ilə bağlı fikirlərini eşidin.
Biz əsası 1923-cü ildə qoyulmuş, qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşən qlobal səhiyyə şirkətiyik.
Məqsədimiz şəkərli diabet və piylənmə, nadir qan və endokrin xəstəliklər kimi digər ciddi xroniki xəstəlikləri məğlub etmək üçün dəyişiklikləri təmin etməkdir. Biz bunu elmdə inqilabi ixtiraları kəşf etməklə, dərman preparatlarımıza əlçatanlığı genişləndirmək, diabetin qarşısını almaq və nəyahət onu müalicə etmək üçün çalışırıq.
Demək olar ki, 100 illik təcrübə ilə, səhiyyə sənayesində diabetlə bağlı olan ən geniş məhsul portfelləri ilə, habelə mükafatlara layiq görülmüş innovativ məhsul portfeli ilə, uğurumuz şirkətin dəyərləri – yəni Novo Nordisk yolu üzərində qurulub.
Bizim kim olduğumuz haqqında daha ətraflı məlumatla tanış olun.