Tip 1 diabet bədənin qidadan qəbul etdiyi qlükozanı enerjiyə çevirmək bacarığına təsir edən həyat boyu davam edən xroniki bir haldır. Əksər hallarda, tip 1 şəkərli diabet həyatın erkən vaxtlarında yaranır və diaqnozu adətən uşaqlıq dövründə qoyulur.
Tip 1 diabet immun sisteminin insulin (qlükozanı enerjiyə çevirməyə kömək edən hormon) yaradan mədəaltı vəzə hücum etməsi ilə başlayır. Gündəlik insulin inyeksiyası olmadan, tip 1 diabeti olan insanlar yaşaya bilməz.
Diabetlə yaşayan insanlar üçün müalicələrin kəşfi və hazırlanması üzrə ~100 illik təcrübəyə əsasən alimlərimiz qanda normal qlükoza səviyyəsini saxlamaq üçün tələb olunan insulin inyeksiyalarının sayını azaltmaq və qanda qlükozanın aşağı düşməsinin (hipoqlikemiyanın) qarşısını almaq üçün tədqiqatlar aparırlar.
Bizim yekun məqsədimiz tip 1 diabetin sağaldılmasıdır. Biz bir gün gələcəkdə tip 1 diabeti sağaldan müalicədə istifadə oluna biləcək kök hüceyrəsi terapiyası üzrə tədqiqatlarımızı davam etdiririk.
Hədəf qlikemik nəzarətə çatmaq bədən orqanlarını zədələnmədən qorumağa kömək edir. Bu, həmçinin, tip 1 diabetlə yaşayan insanları hipoqlikemiyadan müdafiə edir.
İnsulin terapiyası diabeti olmayan birinin təbii insulin reaksiyasına mümkün qədər oxşar olan reaksiyanı əldə etmək məqsədini daşıyır. Bu tip 1 diabetlə yaşayan insanlara qanda hədəf qlükoza konsentrasiyalarını saxlamağa kömək edə bilər.
İnsulin terapiyası bədənin təbii reaksiyasına nə qədər yaxın olsa , qanda qlükoza səviyyəsini tarazlaşdırmağa bir o qədər yaxşı təsir edir.
İnsulin müalicəsi əhəmiyyətli dərəcədə inkişaf etmişdir və hər bir irəliləyişlə biz təbii insulin reaksiyasına daha da yaxınlaşırıq. Ən önəmlisi odur ki, bu elmi irəliləyişlər tip 1 diabetlə yaşayan insanlara diabetin müalicəsi və onunla yaşamaqla əlaqəli olan bəzi narahatlıqların öhdəsindən gəlməyə kömək etmişdir.
Bizim ən böyük hədəflərimizdən biri, hipoqlikemiya hadisələrini aradan qaldıracaq "ağıllı insulin"lərin hazırlanmasıdır. Bu tip 1 diabetin müalicəsində növbəti inqilabi irəliləyiş olacaqdır. Biz bu hədəfimizi diabet araşdırılması ilə məşğul olan bir çox tərəfdaşlarımızla paylaşır və ümumi məqsədimiz olan hipoqlikemiyanın aradan qaldırılmasına nail olmaq üçün onlarla birlikdə çalışırıq.
Biz tip 1 diabeti sağaldan müalicə axtarışı prosesində hədəfimizə yaxınlaşırıq.
Dünya miqyaslı tədqiqat unversitetləri ilə birgə, biz kök hüceyrələrinin sağlam insanın mədəaltı vəzisində əmələ gələn və qlükozaya həssas olub insulin ifraz edən beta hüceyrələrinə çevrilməsinə nail olmuşuq. Heyvanlar üzərində aparılan araşdırmalarda transformasiya edilmiş bu kök hüceyrələri tip 1 diabeti olan siçanları müvəffəqiyyətlə müalicə etmişdir.
Biz gələcəyə doğru mühüm addımlar atmışıq və yerdə qalan çətinliklər üzərində yorulmadan çalışmağa davam edirik. Xoşbəxtlikdən biz tək deyilik. Elmi icmada bizim kök hüceyrələri üzrə tədqiqatlarla əlaqəli güclü şəbəkəmiz var və hər gün bu şəbəkə daha da güclənir.
Burada yeganə sual bu əməkdaşlıqların tip 1 diabetlə yaşayan milyonlarla insanları sağaldacaq müalicənin tapılmasına nə zaman gətirib çıxaracağı ilə bağlıdır.
İnsulin müalicəsi mümkün olduğu qədər sadə olmalıdır və məhz bu həmişə bizim fəlsəfəmiz olmuşdur. Daha yaxşı müalicələrdən tutmuş rəqəmsal həllərə qədər biz xroniki xəstəliklə yaşamaq yükünü azaltmağa və tip 1 diabeti olan milyonlarla insanın müxtəlif ehtiyaclarını qarşılamağa çalışırıq.
Tip 1 diabetlə əlaqəli gördüyümüz tədbirlər çərçivəsində hal-hazırda biz aşağıdakı sahələr üzrə araşdırmalarımızı aparırıq:
Biz xroniki xəstəliklə yaşayan bir insanın səsini ekspert biliyimiz və mühəndislik bacarıqlarımızla birləşdirdikdə innovativ insulin və yeritmə sistemilərini kəşf etməyə və inkişaf etdirməyə davam edə bilərik.