Əksər insanlar üçün boy hormonu beyindəki hipofiz tərəfindən təbii şəkildə əmələ gəlir. Adının da işarə etdiyi kimi boy hormonu bizim boy artmağımızı təmin edir. Buna baxmayaraq, o, həmçinin bədəndə aşağıdakılar kimi bir çox digər mühüm funksiyalara da öz töhfəsini verir:
Zəif boy artımına nə səbəb olur?
Uşağın həmyaşıdları və ya qardaş-bacıları ilə müqayisədə daha zəif boy artması ilə əlaqədar bir çox səbəblər var. Bəziləri tamamilə zərərsizdir və uşağın sağlamlığına təsir etmir. Məsələn, bəzi uşaqlar sadəcə başqaları ilə müqayisədə fərqli bir sürətlə boy atırlar və zaman keçdikcə boyda digər uşaqlara çatırlar.
Digər tərəfdən, uşağın düzgün boy artmamasının ciddi səbəbləri ola bilər. Bunlar böyrək və ya qaraciyər xəstəliklərindən düzgün qidalanmamaya qədər bir çox səbəbə görə ola bilər. Bəzən də, onların orqanizmi insanın boy artmasını təmin edən boy hormonunu kifayət qədər ifraz etmir.
Boy hormonu çatışmazlığı (BHÇ) müalicəsi biosintetik hormon əvəzlənməsi terapiyasıdır. Bu bədəndə ifraz olunan təbii böyümə hormonu ilə eynilik təşkil edir. Zülal olduğuna görə düzgün təsir göstərməyi üçün bədənə inyeksiya şəklində yeridilməlidir.
Boy hormonu müalicəsi, ümumi tibbi göstəricilərinə görə böyümədə geri qalan uşaqlarda aparılır. Ondan həmçinin boy hormonu çatışmazlığı olan böyükləri müalicə etmək üçün də istifadə olunur.
Gündəlik olaraq boy hormonu inyeksiyalarına ehtiyacı olan uşaqlar üçün cihazın dizaynında təkmilləşdirmələr və irəliləyişlər böyük bir fərqə səbəb olmuşdur. Hal-hazırda bir-birindən fərqli və bir çox faydalı xüsusiyyətləri olan qələmlər mövcuddur.
Biz boy hormonu terapiyasında inqilabi irəliləyişlərə 30 il bundan əvvəl başlamışıq və otuz ildən çox vaxt keçməsinə baxmayaraq, boy hormonu çatışmazlığı üzrə müalicələrimiz hələ də dünya miqyasında insanlara fayda verməkdədir.
Pasiyentlərimizə innovativ həlləri gətirmək istəyən alimlərimiz həftədə bir dəfə aparılan müalicə üçün uyğun olan uzuntəsirli boy hormonunu hazırlamaq məqsədilə zülal mühəndisliyi sahəsində uzun illər ərzində toplanmış biliklərimizi tətbiq etmişdir.