Piylənməni izah etmək asan görünə bilər Əgər insan tələb olunduğundan daha çox kalori qəbul edirsə onun çəkisi artır. Lakin əsl izahat o qədər də asan deyil. Və burada söhbət təkcə çəkidən getmir.
Piylənmə mürəkkəb xroniki xəstəlikdir və çəkinin itirilməsi sadəcə daha az yemək və daha çox hərəkət etməkdən ibarət deyil. Piylənməyə səbəb əslində genetik amillər, fiziologiya, ətraf mühit, iş, təhsil və beyində baş verən proseslər ola bilər.
Bu amilləri anlamaq çox vacibdir, çünki piylənmə tip 2 diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri kimi digər xəstəliklərlə də əlaqələlidir. Bundan əlavə, milyonlarla insan hər gün piylənmə səbəbi ilə cəmiyyətdə mənfi bir şəkildə kənarlaşdırılmanın təsirlərini yaşayır.
Lakin düzgün müalicə ilə piylənmə ilə yaşayan insanlar həqiqətən də onların sağlamlığına müsbət təsir göstərən davamlı çəki azalmasına nail ola bilərlər.
Piylənməyə bədəndaxili və xarici təsir edən bir çox amil var. Bir insan çəki artmasına meylli doğula bilər. Necə ki, kimsə müəyyən bir göz rəngi ilə doğulur.
Burada, həmçinin, fizioloji aspekt də rol oynayır. İnsan yemək yeyərkən mədə və bağırsaqdan gələn hormonal siqnallar "aclığın azalması və toxluğun artması" hisslərinə çevrilir, hansı ki, insanın qida qəbuluna nəzarət edir.
Çəki azalması zamanı hormon səviyyələri itirilmiş çəkini geri qaytarmaq üçün dəyişə bilər. Tədqiqatlar göstərir ki, insanların yalnız 1/3- i itirilmiş çəkini geri qazanmır.
İnsanın ümumi əhval-ruhiyyəsi, yaşayış yeri, ətraf mühiti və həyat tərzi ilə əlaqəli amillər də çəkinin artmasına səbəb ola bilər.
Odur ki, piylənmə ilə yaşayan bir çox insanların müstəqil şəkildə çəkilərini nəzarətdə saxlamalı olduqlarını hesab etməyinə baxmayaraq bu o qədər də asan deyil.
Piylənməni başa düşmək üçün biz beynimizdə baş verən prosesləri anlamalıyıq. Min illər boyunca “sağ qalmaq” əsas mexanizm olduğu üçün bədənimiz əlavə kaloriləri saxlamağa genetik olaraq proqlamlaşdırılıb.
Buna görə piylənmə ilə yaşayan insanlar çəki itirməklə bağlı çətinlik çəkirlər. Bədənləri sanki onları əvvəlki çəkilərinə qaytarmaq üçün proqramlaşdırılmış kimi fəaliyyət göstərir. Beyində sanki itirilmiş kiloları bərpa edənə qədər insanın enerji sərfiyyatını tənzimləyən bir açar var.
Bu açarın beyində harada yerləşdiyini və dərmanla təsir edə biləcəyimiz bir hissənin olub olmadığını müəyyənləşdirməyə çalışırıq. Bu yolla, bir gün piylənmə ilə yaşayan insanların çəkilərini yeni və daha sağlam bir başlanğıc nöqtəsinə qaytarmalarını təmin edə biləcəyimizi ümid edirik.
Uğur əldə etdiyimiz təqdirdə biz piylənmə ilə yaşayan milyonlarla insana kömək edə bilərik.
Bizim hədəfimiz piylənmənin arxasında duran elmin aparıcı qüvvəsi olmaqdır.
Təbii GLP-1 hormonuna böyük əhəmiyyət veririk və çəki azalmasının uğurla həyata keçirilməsində mühüm rol oynayan bu hormon haqqında getdikcə daha çox şey öyrənirik. Məsələn insan qida qəbulunu bitirdikdən sonra bədəndə olan GLP-1 molekulları aclıq hissinə təsir edir.
Uzun illər ərzində alimlərimiz sintetik GLP-1 molekullarının iştaha və ya artmış enerji sərfiyyatının qarşısını almaq üçün necə istifadə oluna bilməsini araşdırmışdır. Biz GLP-1 molekullarının uzunmüddətli çəki itkisinə necə səbəb ola bilməsini araşdırmağa davam edəcəyik.
Hal-hazırda biz aşağıdakı sahələr üzrə araşdırmalarımızı aparırıq: