Kəşf, inkişaf və çatdırma
Təxminən 100 il ərzində biz ciddi xroniki xəstəliklə yaşayan insanların ehtiyaclarını misilsiz innovativ dərman preparatları və insulin vurmaq üçün qələmlər kimi yeritmə sistemləri ilə qarşılayırıq.
Bu gün bizim müalicələrdən diabet, piylənmə, və nadir qan və endokrin xəstəlikləri olan milyonlarla insan faydalanır.
Laboratoriyalarımızdan başlayaraq fabrikalarımıza qədər biz innovativ bioloji dərmanları hazırlayır və onları dünya miqyasında xəstələr üçün əlçatan edirik.
Biz əsas diqqəti milyonlarla insana təsir edən və qlobal səhiyyə siteminin ən təxirənsalınmaz çağırışları arasında olan ciddi xroniki xəstəliklərə yönəldirik.
Yenilik və kommersiya mükəmməlliyini birləşdirərək biz cəsarətli ideyaları həyatları xilas edən və profilaktik dərmanlara çevrimək üçün pasiyentlər və tərəfdaşlarımızın fikirlərinə əsaslanırıq.
Biz tibb cihazlarının və rəqəmsal səhiyyə həllərinin
inkişafını davamlı olaraq irəli aparmaq üçün kök-hüceyrə əsaslı
müalicəvi terapiayalar da daxil olmaqla yeni müalicə və
texnologiyalara investisiyalar yatırırıq.
Xroniki xəstəlikdən əziyyət çəkən insanlar düzgün müalicə edilməyəndə və ya ümumiyyətlə müalicəsiz buraxıldıqda onlar həyat üçün təhlükəli olan ağırlaşmaların baş verməsi riski ilə üzləşə bilər. Diabetdən söhbət getdikdə bu amputasiyaya və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər, bəzi hallarda isə ağırlaşmalar ölümcül ola bilər.
Həssas olan icmalar və aztəminatlı ölkələr çox zaman ən böyük zərbəni alır. Tibbi müalicənin xərci və ona çıxış imkanı şəxslər, onların ailələri və hətta bütün cəmiyyətlər üçün böyük yük ola bilər.
Bizim uzunmüddətli hədəfimiz hər bir ölkədə həssas olan xəstələrə, xüsusilə müalicə və dərman preparatlarını qəbul etmədən dünyanın bəzi yerlərində ölümlə üzləşən tip 1 diabetlə yaşayan uşaqlara əlçatan diabet müalicəsini təmin etməkdir.
Biz həmçinin xroniki xəstəliklərin profilaktikasına da investisiya yatırırıq. Bizim hədəfimiz 2045-ci ilə qədər 100 milyondan çox insanda tip 2 diabetin yaranmasının qarşısını almaqdır.